Bank Of Baku

Ombudsman Aparatının rəhbəri Vyanada İnsan alverinə qarşı alyansın konfransında iştirak edib

Ombudsman Aparatının rəhbəri  Vyanada İnsan alverinə qarşı alyansın konfransında iştirak edib
# 16 oktyabr 2012 13:06 (UTC +04:00)
Bakı-APA. Vyanada ATƏT-in dəstəyi ilə İnsan alverinə qarşı alyansın 12-ci yüksək səviyyəli konfransı keçirilib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı həmin tədbirdə iştirak edib.

Konfransda insan alverinə qarşı mübarizə sahəsində ATƏT-ə üzv dövlətlərin müsbət iş təcrübəsi, ayrı-seçkilik hallarının aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunmuş, bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsi sahəsində tövsiyələr irəli sürülüb.

Aparatın rəhbəri tədbirdə “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətdə ombudsmanın rolu” mövzusunda çıxış edərək son illər ölkəmizdə insan hüquqları, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən hüquqi islahatlar, qəbul olunmuş normativ hüquqi aktlar, dövlət proqramları və milli fəaliyyət planları haqqında məlumat verib. A. Səfixanlının çıxışı konfransın rəsmi sənədləri sırasına daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR