Bank Of Baku

Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu başa çatıb

Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu başa çatıb
# 17 oktyabr 2012 09:44 (UTC +04:00)
Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın APA-ya verdiyi məlumata görə, doktoranturaya sənəd verənlərin dəqiq sayı bilinmir. Bu məlumatlar hər ali məktəbə tərəfindən ayrılıqda aparılır və yaxın 5 gün ərzində emal ediləcək. Doktoranturaya və dissertanturaya qəbul imtahanları isə oktyabrın 22-dən noyabrın 21-dək keçiriləcək. Ümumilikdə doktorantura və dissertantura üzrə qəbul imtahanlarının nəticələri dekabrın 15-dək bilinəcək.

Bu il Təhsil Nazirliyi sistemində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına ayrılan yerlərin sayı 288, ödənişli əsaslarla olan yerlərin sayı isə 89-dur.

Elmlər doktoru proqramı üzrə doktoranturaya 85 yer ayrılıb. Onlardan 82 yer büdcə hesabına, 3 yer isə ödənişlidir. Dissertanturaya elmlər doktoru proqramı üzrə ayrılan yerlərin sayı 89-dur. Onlardan 80 yer büdcə hesabına, 9 yer isə ödənişli əsaslarladır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR