Bank Of Baku

BDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib

BDU-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
# 17 oktyabr 2012 11:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov deyib ki, Azərbaycan xalqı əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda daim mübarizə aparıb, yalnız ötən əsrin sonlarında yenidən bu arzusuna çatıb. Rektor qonşu ölkələrə nisbətən Azərbaycanın nisbətən xeyli çətin iqtisadi və siyasi problemlərlə müstəqilliyə qovuşduğunu bildirib. Onu da qeyd edib ki, hazırda Azərbaycan inkişaf edən dövlət kimi dünyanın diqqət mərkəzindədir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir: “1993-95-ci illərdə dövlətçiliyə qarşı bir neçə dəfə qəsd edildi. Amma Heydər Əliyev siyasi təcrübəsindən istifadə edərək bu və sonrakı qəsdlərin qarşısını aldı”. Ə.Həsənov qeyd edib ki, yenidən belə qəsd planlarının olmayacağına arxayınlaşmaq olmaz: “Azərbaycan çox inkişaf edib, dünyada tanınıb, dövlətlər arasında öz layiqli yerini tutub. Bu çox güclü qısqanclığın yaranmasına səbəb olub. Bu normaldır, amma qəsd cəhdlərinin yaranmasına səbəb ola bilər”.

Tədbirin digər çıxışçıları da Azərbaycanda müstəqillikdən əvvəl və sonrakı illərdə baş verən hadisələrdən danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR