Bank Of Baku

Lerikdə “Erkən nikahlar: səbəblər, real təhlükələr” mövzusunda dəyirmi masa keçirilib

Lerikdə “Erkən nikahlar: səbəblər, real təhlükələr” mövzusunda dəyirmi masa keçirilib
# 17 oktyabr 2012 18:33 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Demokratik dəyərlərə yiyələnək, hüquqları qoruyaq” layihəsi çərçivəsində Lerikdə “Erkən nikahlar: səbəblər, real təhlükələr” mövzusunda dəyirmi masa keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli idarə, təşkilat və müəssisələrin, hüquq mühafizə orqanlarının, ümumtəhsil məktəblərinin nümayəndələrinin, fəal gənclərin iştirakı ilə keçən tədbirdə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri, layihənin rəhbəri Vüsal Mirzəyev, İctimai Birliyin regional koordinatoru Afiq Məlikov erkən nikahların səbəbləri, bu halların qarşısının alınması istiqamətində valideynlərin, təhsil müəssisələrinin, hüquq mühafizə orqanlarının fəaliyyətini, habelə kütləvi informasiya vasitələrinin müstəsna rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, “Demokratik dəyərlərə yiyələnək, hüquqları qoruyaq” layihəsi Azərbaycan Respublikasının cənub bölgəsinin əhalisi arasında əsas demokratik dəyərlərin təşviq edilməsi, gənc qızların məişətdə və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşmasına və inkişafına dəstək verməyə xidmət edir. Layihə həmçinin bütövlükdə əhalinin həssas qrup üzvlərinə reabilitasiya dəstəyi verməyi də nəzərdə tutur. Layihənin hədəf qrupuna daxil olan insanlar 14–18 yaşlı qızlar, erkən nikahın qurbanı olmuş qadınlar və onların valideynləri, eləcə də qərar qəbulunda önəmli rola malik olan qurumların nümayəndələridir. Tədbirdə qeyd olunan mövzular ətrafında geniş müzakirələr aparılmaqla bərabər, ekspertlər tərəfindən iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR