Bank Of Baku

Qəbələdə 5 yeni məktəb və bir uşaq bağçası istifadəyə verilib

Qəbələdə 5 yeni məktəb və bir uşaq bağçası istifadəyə verilib
# 17 oktyabr 2012 19:07 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Oktyabrın 17-də Qəbələ rayonunun 6 kəndində 5 yeni məktəb binasının və bir uşaq bağçası istifadəyə verilib. APA-nın məlumatına görə Nic qəsəbə 3 saylı məktəb üçün 360 yerlik, Vəndam qəsəbə 1 saylı məktəb üçün 624 yerlik, Tola kənd məktəbi üçün 180, Topbağ və Solquca kənd məktəbləri üçün 80 yerlik məktəb binalarının və Bum qəsəbəsində 25 yerlik uşaq bağçasının açılış münasibətilə keçirilən mərasimlərdə Azərbaycan prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev də iştirak edib.
Məlumat verilib ki, son 10 ildə Qəbələ rayonunda 28 yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib, hazırda isə 180 şagird yerlik Kiçik Pirəlli kənd orta məktəbinin inşası davam etdirilir. Yeni məktəblərin hamısı istilik sistemi ilə təchiz edilib, sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, yeməkxana, idman zalı və kitabxanalar müasir səviyyədə qurulub, digər məktəblərdə cari təmir işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR