® “Zəfəran” apteklər şəbəkəsi Azərbaycanın iki aparıcı sığorta şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
18 oktyabr 2012 07:00 (UTC +04:00)
Şəbəkədən “APA-Economics”ə verilən məlumata görə, cari ilin oktyabrın 1-dən Beynəlxalq Sığorta Şirkəti və “A-Group Insurance Company” “Zəfəran”ın yeni tərəfdaşları olublar.
Müqavilənin şərtlərinə əsasən, bu şirkətlərin müştəriləri respublikanın 25 şəhərində istənilən “Zəfəran” apteklərində dərman vasitələrini ala bilərlər.
Sığortalanmış müştərilərin yalnız həkim reseptlərini və sığorta polyusunu təqdim etdikləri zaman dərman preparatlarını almaq hüququ var. KTS proqramı çərçivəsində alınan dərmanların siyahısına 3 mindən artıq preparatlar daxildir. Zəfəran apteklərindəki bütün dərman preparatlarının keyfiyyət zəmanəti mövcuddur, çünki şirkət yalnız yoxlanmış və etibarlı təchizatçılarla işləyir.
Apteklər şəbəkəsi gələcəkdə ölkənin sığorta şirkətləri ilə əməkdaşlığı daha da möhkəmləndirməyi və inkişaf etdirməyi planlaşdırır. Hazırda Zəfəranın bir çox nüfuzlu tərəfdaşları var. Bunlar iri sığorta şirkətləri - “Atəşgah”, “Qarant”, “Meqa”, “Azsığorta”, “Era-Trans”, “Thames” və digərləridir.
Qeyd edək ki, “Zəfəran” 2008-ci ilin dekabr ayında yaradılmış, Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir. Hal-hazırda “Zəfəran” apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində mövcuddur və buraya 60-dək aptek daxildir. Müxtəlif imkanlı və müxtəlif gəlirləri olan alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 mindən artıq çeşidini təklif edir. “Zəfəran” apteklər şəbəkəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.

Sosial
DİN uşaqların kiber təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib - VİDEO
10:34
19 may 2024
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22
19 may 2024
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:06
19 may 2024
Sumqayıtda mənzildən qadın meyiti tapılıb
22:33
18 may 2024