Bank Of Baku

BDU ilə Manas Universiteti arasında anlaşma memorandumu imzalanıb - FOTO

BDU ilə Manas Universiteti arasında anlaşma memorandumu imzalanıb - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 14:37 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Səbahettin Balcı ilə görüşüb.

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor qonağa universitetin yaranma və inkişaf tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri, proqram və qrant layihələrində iştirakı barədə məlumat verib.

Səbahəttin Balcı Bakı Dövlət Universitetində olmaqdan məmnun olduğunu, Azərbaycanın ilk ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Məlum olub ki, adıçəkilən universitetdə 5000-ə yaxın tələbə təhsil alır. 14 ölkənin tələbələri sırasında 10 nəfər azərbaycanlı tələbə də var. Rektor deyib ki, tələbə qəbulu daxili qaydalar əsasında aparılır: “Universitetimizin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır. Hər cür şəraitimiz var, yataqxana problemi yoxdur, təhsil pulsuzdur”.

Rektor Abel Məhərrəmov da öz növbəsində Qırğızıstan-Türkiyə Manas Universiteti ilə əlaqələrin yaranmasına və inkişafına dəstəyini ifadə edib. Rektorlar görüşün nəticəsi olaraq anlaşma memorandumu imzalayıblar. Memorandum tələbə-müəllim mübadiləsini, birgə proqram və qrantlarda iştirakı, elmi konfransların keçirilməsini və s. nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR