Bank Of Baku

Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək

Xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçiriləcək
# 19 oktyabr 2012 10:33 (UTC +04:00)
Bakı – APA-Economics. Sabah saat 11.00-dan 17.00-dək Bakı Biznes Mərkəzində xaricdə təhsil almış gənclər üçün İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbir Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq təşkil edilib.

Yarmarkaya iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50 nüfuzlu yerli və xarici şirkət tərəfindən 500-dən çox vakant iş yeri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək, maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR