Bank Of Baku

Bakıda “İnsan Hüquqları üzrə Hüquq Tələbələrinin Qış Məktəbi” Beynəlxalq Forumun açılış mərasimi keçirilib

Bakıda “İnsan Hüquqları üzrə Hüquq Tələbələrinin Qış Məktəbi” Beynəlxalq Forumun açılış mərasimi keçirilib
# 19 oktyabr 2012 10:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA), Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşəbbüsü ilə Bakıda “İnsan Hüquqları üzrə Hüquq Tələbələrinin Qış Məktəbi” Beynəlxalq Forumun açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə bildirilib ki, layihənin keçirilməsində məqsəd hüquq tələbələrinin insan hüquqları mövzusunda biliklərinin artırılmasına dəstək göstərmək, tələbələr arasında təcrübə və bilik mübadiləsinə kömək göstərməklə onların biliklərinin interaktiv qaydada möhkəmləndirilməsi prosesini sürətləndirmək, hüquq tələbələrinin sıx şəbəkəsini formalaşdırmaq, təşkilatlanması və şəbəkələr şəklində formalaşmasını, Avropanın müxtəlif ölkələrindən olan tələbələrə Azərbaycan hüquq təhsili və sistemi barədə məlumatlandırmaqdan ibarətdir.

Mərasimdə çıxış edən Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri Xanlar Ağalarov, qurumun Gənclər Departamentinin sədri Elşən Bayramov, ELSA-nın Gürcüstan və Rusiyadan olan nümayəndəliklərinin əməkdaşları çıxış ediblər.

Qeyd edək ki, “İnsan Hüquqları üzrə Hüquq Tələbələrinin Qış Məktəbi” Beynəlxalq Forum oktyabrın 23-dək davam edəcək. Forum gedişində insan hüquqları ilə bağlı qlobal problemlər müzakirə olunaraq, gənc hüquqşünaslar tərəfindən onların hüquqi həlli yolları barədə fikir mübadiləsi aparılacaq. Foruma Polşa, Makedoniya, Yunanıstan, İngiltərə, Belçika, Estoniya, Rusiya, Gürcüstan və müxtəlif ölkələrdən nümayəndələr iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR