Bank Of Baku

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” layihəsinin icrasına başlanıb

“İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” layihəsinin icrasına başlanıb
# 19 oktyabr 2012 11:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” layihəsinin icrasına başlayıb.
APA-nın xəbərinə görə, layihənin icrası ilə bağlı keçirilən mətbuat konfransında Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, əsas məqsəd Azərbaycanın ənənəvi sənətkarlığını dirçəltmək və dünyada tanıtmaqdır. 3 il ərzində həyata keçiriləcək layihənin ilkin hazırlıq mərhələsi artıq bitib və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində təhsil alacaq 22 tələbənin seçimi baş tutub. Mərkəzdə Azərbaycanın 4 ənənəvi sənətkarlıq növü toxuculuq, zərgərlik, keramika və tətbiqi incəsənətlə bağlı dərslər keçiriləcək: “Çin, Pakistan kimi ölkələrdə dünya ölkələrində istifadə olunan ənənəvi sənətkarlıq məhsullarının oxşarları yaradılır. Bu isə həmin sənətkarlığın vətəni olan ölkələrdə ənənəvi sənətkarlıq növlərinə iqtisadi baxımdan böyük zərbə vurur və tədricən onları aradan çıxarır. Amma təcrübə və beynəlxalq praktika göstərir ki, yerli sənətkarlığı inkişaf etdirməklə bu problemin qarşısını almaq mümkündür”.

Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin direktoru Xalid Azzam isə bildirib ki, bu layihə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilir: “Ümid edirəm ki, Azərbaycanda yaradılan bu mərkəz regional mərkəz rolunu oynayacaq. Oktyabrın 22-dən həyata keçiriləcək tədris prosesində daim Bakıda çalışacaq, habelə mövzularından asılı olaraq müvəqqəti səfərlərlə Bakıya gələcək Şahzadə məktəbinin müəllimləri iştirak edəcəklər. Tədris prosesinə yerli ekspert və müəllimlərin cəlbi də nəzərdə tutulur. 3 illik proqramı uğurla başa vuracaq tələbələrə Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi tərəfindən diplomlar təqdim olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR