Bank Of Baku

Bakı Dövlət Sirkinin direktoru «Yenidən birlikdə Nikulin sirkində» sirk proqramının premyerasında iştirak edib

Bakı Dövlət Sirkinin direktoru «Yenidən birlikdə Nikulin sirkində» sirk proqramının premyerasında iştirak edib
# 19 oktyabr 2012 11:25 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə oktyabrın 18-də Moskva Dövlət Nikulin Sirkinin keçmiş SSRİ-nin yaradılmasının 90 illiyi münasibətilə hazırladığı «Yenidən birlikdə Nikulin sirkində» adlı sirk proqramının premyerasında iştirak edib.

Bakı Dövlət Sirkinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Mədəniyyət Nazirliyi, Moskva şəhər rəhbərliyi və Rusiya Dövlət Sirk Kompaniyasının dəstək verdiyi layihə xalqlar arasında dostluq münasibətlərinin inkişafı, mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Premyeradan öncə Nikulin sirkinin direktoru Maksim Nikulinin, Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadənin, Ukrayna Dövlət Sik Kompaniyasının baş direktounun, Belarus və Latviya sirklərinin direktorlarının iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında V. Bağırzadə Rusiya və MDB dövlətləri KİV-nin suallarını cavablandırıb, Bakı Dövlət Sirkinin fəaliyyəti, beynəlxalq əlaqələri, məşhur azərbaycanlı sirk artistləri barədə məlumat verib.

Qeyd edək ki, «Yenidən birlikdə Nikulin sirkində» adlı sirk proqramında Bakı Dövlət Sirkini gənc sirk artistimiz, hava gimnastı Orxan Əhmədov təmsil edib. Azərbaycan bayrağıyla manejə çıxan O. Əhmədovun debüt çıxışı yüksək səviyyəsilə seçilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR