Bank Of Baku

Səhiyyə Nazirliyi: 109 saylı məktəbdə fişəng partlaması nəticəsində xəstəxanaya yerləşdirilən şagirdlər evlərinə buraxılacaq

Səhiyyə Nazirliyi: 109 saylı məktəbdə fişəng partlaması nəticəsində xəstəxanaya yerləşdirilən şagirdlər evlərinə buraxılacaq
# 19 oktyabr 2012 11:48 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranıb. Nəticədə məktəbin dəhlizində tüstü əmələ gəlib və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib.

Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinə daxil olmuş hər iki şagirdin vəziyyətləri yüngül qiymətləndirilir. Şagirdlər qısa bir zaman ərzində evlərinə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR