Bank Of Baku

Asif Verdiyev: “Bakı və Abşeron yarımadasında yağış yağacağı barədə məlumat vermişdik” - FOTOSESSİYA

Asif Verdiyev: “Bakı və Abşeron yarımadasında yağış yağacağı barədə məlumat vermişdik” - <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2012 13:28 (UTC +04:00)
Bu, lokal xarakterli bir proses idi”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, bu gün Abşeron yarımadasının bütün ərazisində yağış yağmayıb, müəyyən hissələrdə günəşli hava şəraiti müşahidə edilib: “Oktyabrın 20-dək Bakı və Abşeron yarımadasında, dağlıq və dağətəyi rayonlarda yağışlı keçəcəyi haqqında məlumat vermişdik. Bu axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağışlar gözlənilir”.

A. Verdiyev bildirib ki, bu gün Göyçay, Mingəçevir, Şəki, Qəbələ, Zaqatala rayonlarında da yağışlar yağıb. Yaxın üç gün ərzində isə Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında 22-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da yaxın üç gün ərzində əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimal edilir. Aran rayonlarında gündüz saatlarında 23-28, dağlıq rayonlarda 15-20 dərəcə isti gözlənilir.

Qeyd edək ki, bu gün günorta saatlarında yağan güclü yağış paytaxtda müəyyən problemlər yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR