Bank Of Baku

“İRƏLİ” Hüquq Mərkəzi “Hüquq Akademiyası 2” layihəsinə start verib

“İRƏLİ” Hüquq Mərkəzi “Hüquq Akademiyası 2” layihəsinə start verib
# 20 oktyabr 2012 07:21 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” Hüquq Mərkəzi “Hüquq Akademiyası 2” layihəsinə start verib. APA-nın məlumatına görə, layihənin 4 ay davam etməsi nəzərdə tutulub. Layihədə 30 nəfər müsabiqə yolu ilə seçilmiş “Hüquqşünaslıq” və “Beynəlxalq hüquq” ixtisası üzrə təhsil alan tələbələr və həmin ixtisasdan məzun olmuş gənc hüquqşünaslar iştirak etmək hüququna malikdirlər.

Layihənin məqsədi gənc hüquqşünasların hüquqi biliklərinin müasir tədris metodları ilə inkişaf etdirməkdir. İştirakçılara konstitusionalistika, kriminalistika, hüquqi kargüzarlıq metodikası və s. üzrə təlimlər keçiriləcək. Görüşlərdə Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və s. dövlət orqanlarından dəvət olunmuş vəzifəli şəxslər iştirak edəcəklər. Eyni zamanda, gənc hüquqşünaslar Milli Məclisin fəal deputatlarının iştirakı ilə həyata keçiriləcək seminarlarda qanunvericiliklə bağlı təkliflərini irəli sürmək imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR