Bank Of Baku

Hazırda dövlət proqramı çərçivəsində 1200-dən artıq azərbaycanlı xaricdə təhsil alır

Hazırda dövlət proqramı çərçivəsində 1200-dən artıq azərbaycanlı xaricdə təhsil alır
# 20 oktyabr 2012 10:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 1 200-dən artıq Azərbaycan vətəndaşı dünyanın 200-dən çox universitetlərində təhsil alır. “APA-Economics”in məlumatına görə, bu barədə təhsil nazirinin müavini Qulu Novruzov bildirib.

Onun sözlərinə görə, bundan əlavə olaraq ikitərəfli tələbə mübadilə proqramları çərçivəsində 500-dən artıq Azərbaycan tələbəsi xaricdə təhsil alır. Azərbaycan gəncləri Almaniya, Fransa, ABŞ, Cənubi Koreya və digər ölkələrdə təhsil alırlar.

Q. Novruzov vurğulayıb ki, Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycan gəncləri təhsil alandan sonra böyük həvəslə vətənə qayıdırlar ki, bu da ilk növbədə ölkədə əmək bazarının yaxşı vəziyyəti ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR