Bank Of Baku

Azərbaycanda AMEA sistemi üzrə fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanları başlayıb

Azərbaycanda AMEA sistemi üzrə fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanları başlayıb
# 22 oktyabr 2012 06:56 (UTC +04:00)
AMEA-dan APA-ya verilən məlumata görə, doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanları oktyabrın 22-dən 31-dək keçiriləcək.

İmtahanların nəticələrinə bütün imtahanlar başa çatdıqdan sonra əvvəlcə institutların Elmi Şuralarında, sonra AMEA-nın bölmələrində və sonda Rəyasət Heyətində baxılacaq.

Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib. Onlardan 158 əyani plan yerinə 170, 130 qiyabi plan yerinə 184 nəfər sənəd verib. Sənəd verənlərin 5 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan biri Türkiyə, ikisi İran, biri Liviya, biri Qırğızıstan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR