Bank Of Baku

AMEA prezidenti: “Doktoranturada texniki elmlərə axın azdır”

AMEA prezidenti: “Doktoranturada texniki elmlərə axın azdır”
# 22 oktyabr 2012 08:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Doktoranturaya qəbul imtahanlarında bəzi ixtisaslar üzrə güclü rəqabət var”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

Onun sözlərinə görə, doktoranturada texniki elmlərə axın azdır: “Əfsuslar olsun ki, humanitar və ictimai elmlərdə rəqabət daha çox hiss olunur. Ümumilikdə doktoranturaya qəbul imtahanları normal qaydada davam edir və namizədlərin hazırlığı qənaətbəxşdir”.

M.Kərimov deyib ki, doktoranturaya qəbul imtahanları başa çatdıqdan sonra doktorantların elmi rəhbərlərinin və mövzularının müəyyənləşməsinə başlanacaq: “Bu ilin sonuna kimi yeni doktorantlar təsdiq olunacaqlar. Yanvarın 1-dən onlar təhsilə başlayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR