Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
22 oktyabr 2012 09:12 (UTC +04:00)
BakI. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-145, Kiçik Qafqazın çaylarında 65-75, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.
Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 kubmetr/saniyədir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi 48 kubmetr/saniyə olmaqla, ongünlük normanın 52 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə edilməyib. Çayının Surra məntəqəsində 4 santimetr azalma, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr artım, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 319, Şirvanda 177, Salyanda, Bankədə, Araz çayının Novruzlu məntəqəsində isə 113 santimetr təşkil edir.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024