Bank Of Baku

Nazir: “Azərbaycanda şagird-müəllim nisbəti məsələsini rasionallaşdırmağa ehtiyac duyulur”

Nazir: “Azərbaycanda şagird-müəllim nisbəti məsələsini rasionallaşdırmağa ehtiyac duyulur”
# 22 oktyabr 2012 09:47 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda şagird-müəllim nisbəti məsələsini rasionallaşdırmaya ehtiyac duyulur. APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə təhsil naziri Misir Mərdanov Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə keçirdiyi zona müşavirəsində deyib. Nazirin sözlərinə görə, bu problem ciddi xarakter daşıyır: “Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur”.

M.Mərdanov təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacib sayıb. Onun sözlərinə görə, həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsi əhəmiyyətli olacaq.

Tədbirdə M.Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları nəzərə çatdırıb. Təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib. Müşavirənin sonunda M.Mərdanov mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bir sıra tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR