Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, qısamüddətli yağışlar yağacaq
# 22 oktyabr 2012 09:48 (UTC +04:00)
Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabr ayı üçün komfort temperatur şəraiti, normaya yaxın atmosfer fonunda zəif küləklərin üstünlüyü və digər biometeoroloji amillərin kompleks şəklində müsbət təsiri meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR