Bank Of Baku

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6% artıb

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6% artıb
# 22 oktyabr 2012 10:08 (UTC +04:00)
Bakı – APA-Economics. Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6% artıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, 2012-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1051 nəfər əcnəbi vətəndaşa fərdi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 13 272 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2%-ni kişilər, 9,8%-ni isə qadınlar təşkil edir. Ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (7733 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1551 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 687 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (435), Hindistan (294), Çin (259), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (169), Özbəkistan (161), Bosniya və Hersoqovina (128), Pakistan (116), Almaniya (114), Ukrayna (109), Filippin (108), İtaliya (93), Türkmənistan (91), Malayziya (87), Qazaxıstan (78), ABŞ (71) və s. ölkələr gəlir.

Qeyd edək ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR