Bank Of Baku

Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
# 22 oktyabr 2012 10:14 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov-APA. Kürdəmir şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Kürdəmir rayonunun Qarasaqqallar kənd sakini, 1972-ci il təvəllüdlü Əliyev Nail Ənvər oğlunun idarə etdiyi 66-BA-263 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn Dəyirmanlı kənd sakini, 1987-ci il təvəllüdlü Mustafayev Şiraslan Şirməmməd oğluna məxsus 33-BD-873 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşınla toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər - 1939-cu il təvəllüdlü Əliyev Ənvər Nəcəfalı oğlu, 1990-cı il təvəllüdlü Səmədov Elvin Elman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR