Bank Of Baku

Belarusun tikinti şirkətləri Azərbaycanda məcburi köçkünlər üçün qəsəbə tikəcək

Belarusun tikinti şirkətləri Azərbaycanda məcburi köçkünlər üçün qəsəbə tikəcək
# 22 oktyabr 2012 14:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Belarusun tikinti şirkətləri Azərbaycanda məcburi köçkünlər üçün qəsəbənin tikintisində iştirak edəcək.

APA-nın Belarus XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, bu məsələ Belarusun memarlıq və tikinti nazirinin birinci müavini İrina Arxipovanın Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru, Azərbaycan parlamentinin deputatı Ayaz Orucovla Bakıda keçirdiyi görüşdə müzakirə olunub.

Belarusun layihə təşkilatları tərəfindən layihələndirilən yaşayış kompleksinə məktəb, xəstəxana və digər sosial obyektlər daxil olacaq.

Qeyd edək ki, görüşdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Belarus tikinti şirkətlərinin və Bakıdakı “Belarus Evi”nin rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR