Bank Of Baku

Cəzaçəkmə müəssisəsində biznes-treninq keçirilib

Cəzaçəkmə müəssisəsində biznes-treninq keçirilib
# 22 oktyabr 2012 15:20 (UTC +04:00)
Bakı - APA-ECONOMICS. İqtisadi İnkişaf Nazirliyinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 22-də 11 saylı cəzaçəkmə müəssisəsində “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularında treninqlər keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, 11 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları, eləcə də 50-dən çox azadlıqdan məhkum edilmiş şəxslər iştirak edib.

“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına uyğun olaraq keçirilən tədbirdə iştirakçılara biznesin mahiyyəti, biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq tədbirləri, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilmiş, “Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzularında təqdimatlar keçirilib.

Tədbirdə həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər və onlardan istifadə qaydalar, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR