Bank Of Baku

Ali məktəb tələbələrinin XVII respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Ali məktəb tələbələrinin XVII respublika fənn olimpiadasının qalibləri mükafatlandırılıb
# 24 oktyabr 2012 07:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində (TN) ali məktəb tələbələrinin XVII respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada TN və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunub. Onun sözlərinə tələbələrin fənn olimpiadaları hər il müxtəlif ali məktəblərdə keçirilir: “Bu il olimpiada Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında 12 fənn üzrə keçirilib. Olimpiadanın yekun turunda 39 ali məktəbdə təhsil alan 685 tələbə iştirak edib. Onlar Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala və Quba şəhərində yerləşən 32 dövlət və 7 qeyri-dövlət ali məktəb və onların filiallarında keçirilən olimpiadaların qalibləri sırasından seçilib”.

Nazir bildirib ki, münsiflər heyətinin qərarına görə, I yerə 10, II yerə 23, III yerə 36 və həvəsləndirici yerə 51 tələbə layiq görülüb. M. Mərdanov olimpiadada iştirak edən 39 universitetdən 24-nün tələbələrinin uğur qazandığını deyib.

Tədbirin sonunda olimpiada qaliblərinə diplom, pul mükafatları və hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR