Bank Of Baku

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarda dəyişiklik edib

"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarda dəyişiklik edib
# 24 oktyabr 2012 08:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Nazirlər kabineti (NK) "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarında dəyişiklik edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, dəyişiklik ölkə prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanına uyğun olaraq verilib.

Qərara əsasən, "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Nazirlər Kabinetinin 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarının 1-ci hissəsində "1-19" rəqəmləri "1 və 3-19" rəqəmləri ilə, 2-ci hissəsində "1-3-cü" rəqəmləri "1-ci, 3-cü" rəqəmləri ilə əvəz edilib. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası işçilərinin aylıq vəzifə maaşlarının sxemi" ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR