Bank Of Baku

Yazıçı Elçin Hüseynbəyli məcburi köçkün şəhərciyində oxucularla görüşüb - FOTO

Yazıçı Elçin Hüseynbəyli məcburi köçkün şəhərciyində oxucularla görüşüb - <font color=red>FOTO</font>
# 24 oktyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Ulduz” jurnalının baş redaktoru, tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Biləsuvar ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərciyində oxucularla görüşüb. APA-nın məlumatına görə, şəhərciyin 7-ci qəsəbəsinin mədəniyyət evində gerçəkləşən tədbiri rayon icra hakimiyyəti başçısının humanitar məsələləri üzrə müavini Əli Ağakişiyev açıb. Yazıçının əsərləri barədə yığcam məlumat verən Ə.Ağakişiyev E.Hüseynbəylini yeni təfəkkürlü qələm sahibi kimi dəyərləndirib.

Tədbirdə çıxış edən “Azərbaycan” jurnalının şöbə müdiri, tənqidçi Əsəd Cahangir E.Hüseynbəylini yeni nəslin avanqard və orijinal yazıçısı adlandırıb. Onun fikrincə, “Qaraçuxa” təxəllüslü yazarın imzası ölkə hüdudlarını aşaraq şöhrət qazanmağa başlayıb. Şairlər İlyas Tapdıq və Hacı Loğman Babacan da qələm dostlarının yaradıcılığını yüksək qiymətləndirdiblər. Qəsəbədə məskunlaşan şairlər Sədaqət Ağayev, Musa Aslanxalı və başqaları bu görüşü əlamətdar hadisə hesab ediblər və öz şeirlərini oxuyublar. Sonda E.Hüseynbəyli oxuculara son romanı olan “Yolayrıcında qaçış” hədiyyə edib və şəhərciyin kitabxanasına öz arxivindən daha bir neçə kitab bağışlayıb.

Qonaqlar şəhərcik ərazisində salınmış “Şəhidlər xiyabanı”nı və “Heydər parkı” da ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR