Bank Of Baku

Sabah Azərbaycanın əksər bölgələrində və paytaxtda yağış yağacaq

Sabah Azərbaycanın əksər bölgələrində və paytaxtda yağış yağacaq
# 24 oktyabr 2012 10:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR