Bank Of Baku

TQDK orta ümumtəhsil müəssisələri üzrə şagirdlərin məlumat bazasını formalaşdırmağa başlayır

TQDK orta ümumtəhsil müəssisələri üzrə şagirdlərin məlumat bazasını formalaşdırmağa başlayır
# 24 oktyabr 2012 12:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) şagird-məzun bazasının formalaşdırılmasına həsr olunmuş seminar-məşğələ keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiyanın müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən aparılan seminarda şəhər və rayon təhsil şöbələrinin nümayəndələri, əlaqələndirici şəxslər iştirak etmişlər.

Tədbirdə şəhər və rayonlar üzrə orta ümumtəhsil müəssisələrinin rəhbər şəxsləri, eləcə də təhsil müəssisələri üzrə əlaqələndiricilər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı təlimat qaydaları izah edilib.

Qeyd edək ki, növbəti mərhələdə respublikanın bütün orta ümumtəhsil müəssisələri üzrə şagirdlərin məlumat bazasının formalaşdırılması üzərində işlərə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR