Bank Of Baku

Bakıda “BMT Günü”nə həsr olunmuş tədbir keçirilib

Bakıda “BMT Günü”nə həsr olunmuş tədbir keçirilib
# 24 oktyabr 2012 13:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. BMT-nin Azərbaycandakı nümayəndəliyində BMT Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı nümayəndəliyinin İctimai İnformasiya Departamentinin nümayəndəsi Envera Salimoviç bildirib ki, keçirilən tədbirin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və əlilliyi olan uşaq və gəncləri, o cümlədən müxtəlif orta məktəb şagirdlərini bir araya gətirərək onları BMT haqqında məlumatlandırmaq, dünyanın hər yerində qeyd olunan bayramı Azərbaycan gəncləri ilə də birgə keçirməkdir.

Bayram tədbiri zamanı Bakı Avropa Liseyinin şagirdləri səhnəcik, mahnı və rəqs nömrələri nümayiş etdiriblər. Tədbirdə BMT-nin tarixi, gördüyü işlər və dəyərləri haqqında maarifləndirici film nümayiş etdirilib.

BMT Günü münasibəti ilə tədbir iştirakçılarına BMT Baş katibinin müraciəti də çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR