Bank Of Baku

Qurban bayramı ilə əlaqədar Bakıya 10 min baş heyvan gətirilib

Qurban bayramı ilə əlaqədar Bakıya 10 min baş heyvan gətirilib
# 25 oktyabr 2012 07:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Qurban bayramında İqtisadi İnkişaf və Kən Təsərrüfatı nazirliklərinin Bakıda birgə keçirdiyi yarmarkalara dünən axşamdan 10 min baş heyvan gətirilib. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, yarmarkalarda qurbanlıq heyvanların qiymətinin 90-100 manatdan artıq olmamaq şərti ilə satılması barədə qərar verilib. Ümumilkdə hazırda paytaxtda 57 məntəqədə DBX-nin mütəxəssisləri nəzarət tədbirləri həyata keçirirlər. Respublikanın bütün rayon və şəhərlərində icra hakimiyyətlərinin ayırdığı xüsusi yerlərdə 200-ə qədər baytar Qurbanlıq heyvanlara nəzarət tədbirləri həyata keçirir: “Bakının girəcəyində 3 yerdə postlar qurulub. DBX əməkdaşları həmin postlarda şəhərə sənədsiz gətirilən heyvanları yoxlayırlar. Yoxlamalar zamanı hələ ki, xəstə heyvan aşkar olunmayıb. Sənədləri qaydasında olmayan heyvanlardan qan nümunələri götürülür, tam yoxlanıldıqdan sonra bu gün və sabah ərzində heyvanlar sahiblərinə qaytarılacaq. Əhali qurbanlıq heyvan alarkən diqqətli olmalı, heyvanın sağlamlığına dair müvafiq sənədləri tələb etməlidir”.

Y. Xanvəli deyib ki, artqı iki gündür DBX gücləndirilmiş regimdə çalışır: “Bayram günləri də gücləndirilmiş rejim davam edəcək. Şəhərin müxtəlif yerlərindəki heyvan kəsimi məntəqələrində reydlər həyata keçirilir. Müəyyən edilmiş ərazilərdən kənarda heyvanların satışına icazə verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR