Bank Of Baku

«Azərbaycan Dəmir Yolları»nın QSC-nin kollektivi xüsusi qayğıya ehtiyacı olan insanalara hədiyyələr paylayıb

«Azərbaycan Dəmir Yolları»nın QSC-nin kollektivi xüsusi qayğıya ehtiyacı olan insanalara hədiyyələr paylayıb
# 26 oktyabr 2012 11:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbvaycanın Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə dəmiryolçular Qurban bayramı münasibəti ilə xüsusi qayğıya və mərhəmərtə ehtiyacı olan insanalara hədiyyələr paylayıb.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan Dəmir Yolları»nın Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentinin kollektivi Qurban bayramında Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı ağ ciyər vərəm sanatoriyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı, 3 №-li internat məktəbi və Müharibə və Əmək Əlilləri üçün Pansionatında olub, burada məskunlaşan mərhəmətə, qayğıya ehtiyacı olanlara nahar yeməyi, çeşidli meyvələr, şirələr və bayram hədiyyələri paylayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR