Bank Of Baku

Leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq kəskin artıb

Leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq kəskin artıb
# 29 oktyabr 2012 10:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Oktyabrın 27-də yağan leysan xarakterli yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında sululuq kəskin artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, leysan yağışları nəticəsində Lənkərançayın Lənkəranda səviyyəsi 40 sm, Sifidorda 37 sm, Vəşərüçayın Daştatükdə səviyyəsi 54 sm artıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 20-80, Naxçıvan MR çaylarında isə 55 faizini təşkil edir.

Oktyabrın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm ongünlük normanın 113 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 56 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2011-ci ildə bu göstərici ongünlük normanın 84 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində də artım müşahidə olunub. Belə ki, Kür çayının səviyyəsi Surra məntəqəsində 10 sm , Şirvanda 1 sm, Araz çayının Novruzlu məntəqəsində 8 sm artıb. Bankə qəsəbəsində suyun səviyyəsi 7 sm azalıb, Salyanda isə dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm, Şirvanda 163 sm, Salyanda 158 sm, Bankədə 192 sm, Araz çayının Novruzlu məntəqəsində isə 98 sm təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR