Bank Of Baku

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbərliyi məcburi köçkün ailələri ilə görüşüb - FOTO

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin rəhbərliyi məcburi köçkün ailələri ilə görüşüb - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 15:48 (UTC +04:00)
Bakı-APA. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin sədri Bayram Səfərovun, Şuşa rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin Bərdə rayonu Şirvanlı kəndində yerləşən 19 saylı Şuşa rayon orta məktəbində Bərdə və Tərtər rayonunda məskunlaşmış məcburi köçkün ailələri ilə görüşü keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, görüş zamanı icma rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məcburi köçkünlərin problemləri ilə yaxından tanış olub, bir sıra məsələlərin həlli ilə bağlı tapşırıqlar verib və eləcə də məcburi köçkünlərin digər sosial-iqtisadi problemlərinin yaxın zamanlarda həll olunacağını bildirib.

Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Şuşa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə, Tərtər, Mingəçevir rayonlarında məskunlaşmış məcburi köçkün ailələrinə, Tərtər rayonunda xidmət göstərən Şuşa rayon polis əməkdaşlarına və eləcə də Bakı şəhəri və Sumqayıt şəhərləri, Abşeron rayonunda məskunlaşmış Şuşa rayonundan olan imkansız ailələrə Qurban bayramı münasibəti ilə sovqatlar paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR