Azərbaycan ərazisində noyabr ayının hava proqnozu açıqlanıb
Noyabr ayının ikinci və üçüncü ongünlüyünün ayrı-ayrı günlərində bəzi dağlıq ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 4-9, gündüzlər 10-14 dərəcə isti təşkil edəcək, ayın birinci yarısında temperatur 14-18, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 10-15 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı ehtimal olunur.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Ayın əvvəlində gecələr 4-9, ikinci yarısında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 20-25, ayın ikinci yarısında 8-12 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə bir qədər çox olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta gözlənilir, gündüzlər 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 12-16 dərəcəyədək isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı ehtimal edilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 5-10 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər 10-15, ayın əvvəlində 16-19, ayrı-ayrı günlərdə 7-9 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 1-5, ayın əvvəlində 7-19 dərəcə isti, ayrı-ayı günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 15-19, ayrı-ayrı günlərdə 5-7 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 29-73 mm) olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 6-11, ayın ikinci yarısında ayrı-ayrı günlərdə 0-4 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19, bəzi günlərdə 22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 9-13 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-9 dərəcə isti, dağlarda 1-5 dərəcə şaxta, gündüzlər 12-17, ayın əvvəlində 18-20 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Sosial
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
SN Bakıda qulaqdibi xəstəliyinin yayılması ilə bağlı məlumatlara aydınlıq gətirib, valideynlərə çağırış edib
Xəbər Lenti
ABŞ İrandan Hörmüzdəki gəmilərə hücum etməyəcəyini bildirməsini tələb edir
İsrailin müdafiə naziri ordunun İranla bağlı istənilən ssenariyə hazır olduğunu bildirib
ABŞ BƏƏ-də yaşayan iranlıya qarşı sanksiyalar tətbiq edib
DÇ-26: İspaniya yarımfinala yüksəlib
Əraqçi Hörmüz məsələsini müzakirə etmək üçün iyulun 11-də Omana səfər edəcək
Tramp qətlə yetiriləcəyi təqdirdə İrana kütləvi zərbə endirilməsi barədə öncədən göstəriş verib
Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb
Pakistan İran-ABŞ münaqişəsində vasitəçiliyi davam etdirməyə hazırdır
Çexiya Ukrayna üçün PURL proqramına 6,5 milyon dollar ianə edib
Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək ölüb
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
FHN-in xilasediciləri Balakəndə fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan vətəndaşları xilas edib
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub- FOTO
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib - FOTO
Polşada polis əməkdaşlarına silahlı hücum olub
Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb
Tramp: İranla danışıqları davam etdirəcəyik, amma atəşkəs bitdi
Hakan Fidan ABŞ-ın sanksiyalarının ləğvi ehtimalından danışıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Ermənistanda hərbçinin meyiti çaydan tapılıb
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
Xocalı və Ağdərədə 34 ildən sonra taxıl biçini aparılır - FOTO
BMT dövlətləri İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını tanımamağa çağırıb
CNN: Qətərli vasitəçilər İran-ABŞ gərginliyini azaltmaq üçün Tehrana gedib
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib
Yasamalda evdə partlayışda xəsarət alanlardan daha ikisi ölüb
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib
İqtisadi Şurada turizmə dair Dövlət Proqramı və dağ-mədən sənayesiylə bağlı müzakirə aparılıb
Bəzi yerlərdə leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Yanğın 40 dəqiqə çəkir, kredit isə 5 il
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Bakıda 6 avtobus marşrutu alternativ küçələrə yönləndirilib
“AzerTelecom” və “DE-CIX”in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – “AZE-İX” istifadəyə verilir
Bakıda Eqmont Qrupunun 32-ci plenar iclası keçirilib
Bu il kirayə mexanizmi ilə satılan mənzillərin sayı məlum olub
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB - FOTO
Baş prokuror Balakən rayonunda vətəndaşları qəbul edib
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb