Bank Of Baku

Misir Mərdanov: “İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr çox aşağı səviyyədədir”

Misir Mərdanov: “İtaliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr çox aşağı səviyyədədir”
# 31 oktyabr 2012 08:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “İtaliya və Azərbaycanın illik ticarət dövriyyəsinin böyük olmasına baxmayaraq, təhsil sahəsində əlaqələr çox aşağı səviyyədədir”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov “Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda deyib. Nazirin sözlərinə görə, yalnız ali təhsil üzrə deyil, təhsilin bütün pillələri və səviyyələri üzrə əlaqələr inkişaf etməlidir.

M.Mərdanov deyib ki, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı” çərçivəsində İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı qaneedici deyil və bu say artırılmalıdır: “Bu proqrama İtaliyanın 24 universiteti cəlb edilsə də, hazırda proqram çərçivəsində həmin ölkədə yalnız 4 nəfər oxuyur”. Nazirin sözlərinə görə, hazırda Azərbaycanın bir çox universitetləri İtaliya ilə əməkdaşlıq edir. Bu əlaqələr daha çox Avropa İttifaqının Tempus proqramı çərçivəsində qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR