Azərbaycanda italyan dilinin ikinci xarici dil kimi tədris olunması nəzərdə tutulur - FOTO
31 oktyabr 2012 09:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “İtaliyalı alimlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin təcavüzü və digər məsələlərlə bağlı italyan dilində kitablar yazıblar. Həmin kitablar İtaliya universitetlərində tədris olunur”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, İtalyanın La Sapienza Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərir.
Nazir bildirib ki, Dağlıq Qarabağ problemi və Azərbaycanla bağlı digər məsələləri əks etdirən kitabları italiyalı alimlər arxiv sənədləri əsasında hazırlayıblar: “Həmin kitablar İtaliya tərəfinin öz vəsaiti hesabına çap olunub. Onlar bunu bizim xətrimizə deyil, ədalət naminə həqiqəti dünyaya təbliğ edirlər. İtaliya Azərbaycana tərəf ölkədir və biz bundan istifadə etməliyik. Bu istifadədə də təhsil körpüsü öz sözünü deməlidir”.
M.Mərdanov Azərbaycanda italyan dilinin ikinci xarici dil kimi tədris olunmasının da nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, italyan dilinin Azərbaycanda ikinci dil kimi tədris olunması üçün ilk növbədə kadr olmalıdır.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024