Bank Of Baku

Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanları başa çatıb

Azərbaycanda AMEA sistemi üzrə doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanları başa çatıb
# 31 oktyabr 2012 11:49 (UTC +04:00)
AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi məlumata görə, doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanları oktyabrın 22-dən başlayıb və 31-dək davam edib. Sabah isə AMEA-da xarici dildən doktoranturaya qəbul imtahanları başlayacaq. Xarici dil fənnindən qəbul imtahanları noyabrın 14-dək davam edəcək.

İmtahanların nəticələrinə bütün imtahanlar başa çatdıqdan sonra əvvəlcə institutların Elmi Şuralarında, sonra AMEA-nın bölmələrində və sonda Rəyasət Heyətində baxılacaq.

Qeyd edək ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib. Onlardan 158 əyani plan yerinə 170, 130 qiyabi plan yerinə 184 nəfər sənəd verib. Sənəd verənlərin 5 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan biri Türkiyə, ikisi İran, biri Liviya, biri Qırğızıstan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR