Bank Of Baku

Azərbaycan Turizm İnstitutunda təhsil və təcrübənin əlaqələndirilməsinə dair hesabat-təqdimat keçirilib

Azərbaycan Turizm İnstitutunda təhsil və təcrübənin əlaqələndirilməsinə dair hesabat-təqdimat keçirilib
# 31 oktyabr 2012 12:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Turizm İnstitutunda (ATİ) təhsil və təcrübənin əlaqələndirilməsinə dair hesabat-təqdimat keçirilib. APA-nın məlumatına görə, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təhsil və təcrübənin əlaqələndirilməsi metodunun keyfiyyətli kadr hazırlığı prosesinə müsbət təsirindən danışıb. ATİ-nin fəaliyyət strategiyasında bu amilə böyük önəm verildiyini xüsusi vurğulayıb. Hesabat – təqdimatın nəticələrinə əsasən deyə bilərik ki, 2007-2012-ci illər ərzində institut tələbələrindən 84 nəfər Türkiyə, ABŞ, İsrail, Yunanıstan, Ukrayna, Malta, Almaniya və Qazaxıstanda istehsalat, 100 nəfər Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Yunanıstanda yay tanışlıq təcrübəsində olublar. 2011/2012-ci tədris ilində 130 tələbə kontingentinin böyük əksəriyyət Bakıda, bir qismi isə Şəki, Quba, Qusar, Naxçıvan və digər bölgələrin turizm və sosial istiqamətli müəssisələrində, muzeylərdə, müvafiq şirkətlərdə, 24 nəfər isə İsrail, Almaniya, Türkiyədə istehsalat təcrübəsi keçiblər. ATİ tələbələrinin istehsalat və yay tanışlıq təcrübəsi zamanı iş vərdişləri, kollektiv və müştərilərlə münasibətləri müvafiq qurumlar tərəfindən yüksək qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR