Bank Of Baku

Türk tarixçisi İnalcıq Xəlil AMEA Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb

Türk tarixçisi İnalcıq Xəlil AMEA Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb
# 31 oktyabr 2012 14:05 (UTC +04:00)
Bakı-APA. AMEA Tarix İnstitutunun Elmi Şurası görkəmli türk tarixçisi, professor İnalcıq Xəlili Azərbaycan tarixinin tədqiqində və təbliğində göstərdiyi xidmətlərinə görə institutun Fəxri Doktoru adına layiq görüb. İnstitutdan APA-ya verilən məlumata görə, bu il noyabrın 7-də Bilkent Universitetində görkəmli tarixçiyə Tarix İnstitutunun Fəxri Doktoru diplomunun təqdimetmə mərasimi keçiriləcək. Fəxri Doktor diplomunu İnalcıq Xəlilə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov təqdim edəcək. Təqdimetmə mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun da iştirak edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR