Bank Of Baku

Bakıda “Planetdə sənin qoyduğun iz” mövzusunda sərgi keçiriləcək

Bakıda “Planetdə sənin qoyduğun iz” mövzusunda sərgi keçiriləcək
# 01 noyabr 2012 08:02 (UTC +04:00)
Bakı-APA. Sabah Bakı İdman Sarayında “Planetdə sənin qoyduğun iz” mövzusunda xüsusi hazırlanmış çadırlarda sərgi təşkil olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə respublikanın rayon və şəhərlərində insan fəaliyyətinin ekologiyaya təsiri fotolarda təsvir olunacaq. Hazırlıq mərhələsində debatlar Bakı şəhərinin 16 məktəbində yuxarı sinif şagirdləri arasında keçirilib. Bu gün isə debat turnirinin final mərhələsinin və qaliblərin mükafatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulur. Sabah saat 16.00-da Gənclər və İdman Nazirliyinin qarşısından Bakı İdman Sarayınadək 30 velosipedçinin iştirakı ilə velosiped yürüşü keçiriləcək. Yürüşün iştirakçıları insanları ekoloji sağlam nəqliyyatdan daha geniş istifadə etməyə çağıracaqlar.

Festivalın yekunu olaraq 2 noyabr tarixində, saat 17.00-da Bakı İdman Sarayında ekoparti keçirilməsi planlaşdırılır. Ekopartidə iştirakçıların bir hissəsi flora və faunanı əks etdirən maskalarda iştirak edəcəklər, digər iştirakçıların sifətləri “face art”çılar tərəfindən müxtəlif obrazalarla rənglənəcək. Əyləncəli hissədə konsert proqramının təşkil olunması, diskoteka, yarışların keçirilməsi nəzərdə tutulur. Festivalda gənclərin sağlam qidalanmaya diqqət yetirməsi üçün meyvələr və şirələr təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR