Bank Of Baku

Azərbaycanda himayədar ailələr dövlət uşaq müəssisəsinin funksiyasını həyata keçirəcək

Azərbaycanda himayədar ailələr dövlət uşaq müəssisəsinin funksiyasını həyata keçirəcək
# 01 noyabr 2012 08:13 (UTC +04:00)
Bakı. Könül Kamilqızı-APA “Bu gün yaradılan himayədar ailələr gələcəkdə dövlət uşaq müəssisəsinin funksiyasını həyata keçirəcək”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin De-institutlaşma və uşaq müdafiəsi idarəsinin rəisi Məlahət Hacıyeva deyib. O bildirib ki, bu vaxta qədər kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət uşaq müəssisələrində yaşayırdılar. Yaxın gələcəkdə isə dövlət uşaq müəssisələrinin sayının tədricən azalması və tamamilə yığışdırılması nəzərdə tutulub: “Bunun nəticəsində də tamamilə kimsəsiz olan uşaqlar ailə əsaslı kiçik qrup evlərində, sosial risk qrupuna daxil olan və öz ailəsinə qaytarılması üçün ümidi olmayan uşaqlar isə himayədar ailələrdə tərbiyə olunacaqlar. Artıq bununla bağlı vahid bir model yaradılıb. Bu vaxta kimi kiçik qrup evlərində valideyn himayəsindən məhrum olan 3-8 yaş arasında olan 10 nəfər qız uşağı yerləşdirilib. Belə qrup evlərinin ilkin olaraq respublikanın iri şəhərlərində yaradılması, daha sonra bunların bütün ölkəni əhatə etməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR