Bank Of Baku

“Təmiz Şəhər” ASC universitetlərdə maarifləndirmə tədbirlərini davam etdirir

“Təmiz Şəhər” ASC universitetlərdə maarifləndirmə tədbirlərini davam etdirir
# 01 noyabr 2012 09:27 (UTC +04:00)
Bakı – APA-Economics. “Təmiz Şəhər” ASC ekoloji təhsilin və yeni sahə olan tullantıların düzgün şəkildə idarəolunmasını təbliğ etmək məqsədilə 2010-cu ildən etibarən Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) ilə əməkdaşlıq edir.

ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, bu əməkdaşlığın davamı olaraq oktyabr ayında ADNA-nın “Dağ-mədən mühəndisliyi” ixtisasında və “Tempus” proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə təhsil alan tələbələrinə mühazirələr oxunub.

“Təmiz Şəhər” ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tələbələrə tullantıların idarəolunması sahəsində ətraflı məlumat vermiş və onları maraqlandıran sualları cavablandırıb. Mühazirələr gənclər arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin davamlı olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından Azərbaycan Diplomatik Akademiyasının “Yaşıl klubu” ilə birgə Akademiyada, dekabr ayından etibarən isə Bakı Dövlət Universitetinin Ekologiya fakültəsində tələbələr üçün seminarlar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR