Bank Of Baku

Azərbaycan meteoroloqları meteohəssas insanlara xəbərdarlıq edib

Azərbaycan meteoroloqları meteohəssas insanlara xəbərdarlıq edib
# 01 noyabr 2012 09:52 (UTC +04:00)
Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 12-16, günün birinci yarısında 20 dərəcəyədək yüksələcəyi, günün ikinci yarısında isə 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 2-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 3-ü gün ərzində və 4-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR