Bank Of Baku

Azərbaycandan insan alveri qurbanlarının aparıldığı ölkələrin adı açıqlanıb – SİYAHI

Azərbaycandan insan alveri qurbanlarının aparıldığı ölkələrin adı açıqlanıb – <font color=red>SİYAHI</font>
# 01 noyabr 2012 11:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Milli Məclisə (MM) təqdim etdiyi illik hesabatında bildirilir. Məlumata görə, insan alveri qurbanlarından 6 nəfəri ölkə daxilində istismara cəlb olunub.

Qurbanlardan 4-ü təhsilsiz (7,4 faiz), 4-ü natamam orta (7,4 faiz), 45-i orta təhsilli (84,9 faiz), 35-i subay, 17-si evli, 2 nəfəri isə yetkinlik yaşına çatmayan olub.

“Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə məruz qalan şəxslər üçün bu gün yalnız mənbə ölkəsidir və son 2 ildə digər dövlətlərdən olan şəxslərin respublikanın ərazisindən tranzitlə keçirilməsi və ya insan alveri məqsədilə gətirilməsi kimi əməllər qeydə alınmayıb”, - deyə Milli Koordinatorun MM-ə təqdim etdiyi sənəddə qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR