Bank Of Baku

İtaliya nümayəndə heyəti ADU-da olub – FOTO

İtaliya nümayəndə heyəti ADU-da olub – <font color=red>FOTO </font>
# 01 noyabr 2012 11:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Bakıda “Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü - mövcud təcrübə və perspektivlər” mövzusunda beynəlxalq konfransda iştirak edən İtaliya nümayəndə heyətinin bir neçə üzvünü qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rektor universitetin Bolonya prosesinə qoşulan ilk dövlət ali təhsil ocağı olduğunu qeyd edib. Bakıda keçirilən konfransın vacibliyindən söz açan Səməd Seyidov İtaliya universitetləri ilə ADU arasındakı xüsusi əməkdaşlıqdan danışıb. O, İtalyan dilinin tədrisinin ADU-da uğurla aparıldığını qeyd edib.

Venesiya Universitetinin prorektoru və Konfutsi İnstitutunun direktoru Marko Tereza ADU-da İtalyan dilinin və mədəniyyətinin tədrisini yüksək qiymətləndirdiyini bildirib.

Marko Tereza Venesiya Universitetinin tələbələrinin ADU-da, ADU tələbələrinin Venesiya universitetində təhsil ala bilmə imkanlarını bildirib. Marko Tereza, eyni zamanda bir çox sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Rektor Səməd Seyidov bu təklifi yüksək qiymətləndirərək ADU-nun bu sahədə təcrübəsinin olduğunu deyib.

Görüşdə, həmçinin tələbə - müəllim mübadiləsi, gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR