Bank Of Baku

Azərbaycanla İtaliyanın təhsil sahəsində əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycanla İtaliyanın təhsil sahəsində əməkdaşlığı müzakirə edilib - <font color=red>FOTO</font>
# 01 noyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA Bu gün Təhsil Nazirliyində “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans çərçivəsində Azərbaycanda səfərdə olan İtaliya nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin məsul əməkdaşları və hər iki ölkənin təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Təhsil naziri Misir Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına, eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib. Nazir təqdimat məruzəsində Azərbaycanın təhsil sistemi haqqında qonaqlara məlumat verib. Ölkə təhsilinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün həyata keçirilən islahatlar və ayrı-ayrı təhsil pillələri üzrə qazanılmış uğurlar barədə söhbət açan Misir Mərdanov İtaliya ilə təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb.

Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR