Bank Of Baku

AMEA İqtisadiyyat İnstitutunun direktoru: “Azərbaycanda aclıqdan söhbət gedə bilməz”

AMEA İqtisadiyyat İnstitutunun direktoru: “Azərbaycanda aclıqdan söhbət gedə bilməz”
# 02 noyabr 2012 09:22 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA. Hazırda dünya əhalisinin 1 milyard nəfəri aclıq içərisində yaşayır və bu tendensiya günü-gündən artmaqdadır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev deyib.

O bildirib ki, aclığın mövcudluğunun və problemin artmasının səbəbi ekoloji tarazlığın pozulması, müharibə təhlükəsinin olması, qlobal istiləşmə, ərzaq məhsullarının qiymətinin sürətlə artması və digər amillərlə əlaqədardır. İ.Alıyev qeyd edib ki, son on ayda dünyada ərzağın qiymətinin 4 dəfədən çox artması kasıb insanların problemlərini də artırır. Onun fikrincə, bu, təkcə iqtisadi deyil, eyni zamanda sosial, psixoloji və mənəvi problemlərdir.

Azərbaycanla bağlı vəziyyətə gəlincə, İ.Alıyev vurğulayıb ki, ölkəmiz bu problemlərdən əziyyət çəkmir: “Azərbaycanda aclıqdan söhbət gedə bilməz, kasıbçılıq isə getdikcə aradan qaldırılır. Amma Azərbaycan da dünya ölkələrindən biri olduğu üçün bu təhlükələrdən sığortalanmayıb. Ona görə də bunun qarşısını almaq üçün bütün məsələlər birgə müzakirə edilməli və problemin Azərbaycana yayılmasına imkan verilməməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR