Bank Of Baku

Salyanda “Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə QHT-lərin rolunun artırılması” adlı tədbir keçirilib

Salyanda “Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə  qarşı mübarizədə QHT-lərin rolunun artırılması” adlı tədbir keçirilib
# 02 noyabr 2012 12:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli QHT Forumunun (MQF) təşəbbüsü, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) və İşçi Qrupunun və Salyan Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Salyan rayonunda “Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə QHT-lərin rolunun artırılması” adlı tədbir keçirilib. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdən öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Bakıdan gələn nümayəndə heyəti ilə görüşüb, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin Salyan rayonundakı vəziyyəti barədə öz fikirlərini bildirib. Bu istiqamətdə müvafiq tədbirlərin görüldüyünü, bundan sonra da geniş mübarizə aparılacağını, QHT-lərlə geniş əməkdaşlıq edilməsinin vacib olduğunu və QHT-lərin belə tədbirlər keçirməsinin təqdirəlayiq hesab olunduğunu qeyd edib.

Salyan Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbiri giriş sözü ilə Salyan RİH başçısının I müavini Etibar Hüseynov açıb.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, Salyan, Yardımlı, Biləsuvar, Lənkəran, Yasamal və digər rayonların ictimaiyyəti tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimaiyyətin cəlb olunması ilə əlaqədar ictimaiyyət və QHT-lər tərəfindən təşəbbüslər olub, ilk tədbirin Salyan Rayonunda keçirilməsi qərara alınıb və digər rayonlarda da tədbirlərin keçirilməsi nəzərdə tutulur. MQF-nin prezidenti bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram” (2007-2012-ci illər) uğurla həyata keçirilir və QHT-lər də bu proqramın həyata keçirilməsində aktiv iştirak edir və bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunması çox vacibdir.
Daha sonra Salyan Rayon Polis İdarəsinin rəisi Fuad Məmmədli görülmüş işlərlə əlaqədar olaraq məruzə ilə çıxış edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Vasif Quliyev NMDK-nın və İşçi Qrupunun fəaliyyəti haqqında Salyan ictimaiyyətinə geniş məlumat verib.

Daha sonra DİN Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini Adil Ələkbərov məruzə ilə çıxış edərək real vəziyyət, əməliyyat tədbirləri haqqında ictimaiyyəti məlumatlandırıb.

Dövlət Gömrük Komitəsinin şöbə müdiri Baba Salayev, Ailə, Qadın və Uşaq Problemlərinin həlli üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin məsləhətçisi Rahil Süleymanzadə, Narkotiklərə Qarşı Milli Təbliğat İB nümayəndəsi Mehdi Məmmədli çıxış edərək məsələyə öz münasibətlərini bildiriblər.
Tədbirin sonunda MQF-nin prezidenti Rauf Zeyni Salyanda keçirilən konfransı narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə yeni mərhələ adlandırdı və bir daha tədbirin keçirilməsinə dəstək verənlərə öz minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR