Bank Of Baku

Bakıda məktəblilərin “Bilik yarışı” keçiriləcək

Bakıda məktəblilərin “Bilik yarışı” keçiriləcək
# 02 noyabr 2012 13:30 (UTC +04:00)
Bakı. Könül Kamilqızı - APA Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən növbəti “Bilik yarışı” keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Bilik yarışı” istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etmək məqsədi daşıyır.

Sözügedən yarış bu il də V-XI sinif şagirdləri arasında keçiriləcək və bütün fənləri əhatə edəcək. “Bilik yarışı”nın noyabrın 15-də saat 10.00-da keçirilməsi planlaşdırılıb. İşin təşkili və icrası ilə bağlı artıq məktəblərə müvafiq tapşırıq və göstərişlər verilib.

Qeyd edək ki, “Bilik yarışı”nın təşkili, keçirilməsi və nəticələri haqqında məlumatlar noyabrın 23-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektoruna təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR